10 C
Baku
Wednesday, December 11, 2024

Mikromaliyyələşmə portfelində problemli kreditlərin xüsusi çəkisi 15%-ə endirilib

Azərbaycanda mikromaliyyəşmədə kredit portfelinin 15%-i problemli kreditlərdir.

Bu barədə  Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva məlumat verib.

“Devalvasiyadan öncə 2015-ci iin əvvəlində problemli kreditlər çox cüzi- 0,6% idi. Devalvasiyadan sonra bu rəqəm 60-70% kimi artmışdı. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra problemli kreditlərdə kəskin azalma müşahidə olunur. Ötən ilin sonuna kimi mikromaliyyələşmədə problemli kreditlərin xüsusi çəkisi 15%-ə kimi endirilib.”

O bildirib ki, problemli kreditlərin arasında qadınların sayı cüzidir. Onun sözlərinə görə, bu da onların ən çox məsuliyyəti olmağı, riskdən qorunmağa üstünlük verməsi ilə bağlıdır.

“2019-cu ilin sonuna mikromaliyyələşmədə portfel təxminən 370 mln. manat təşkil edib ki, bunun da 70%-i bölgələrdədir. ”,-deyə J. Hacıyeva qeyd edib.

©APA

Son xəbərlər
Digər xəbərlər