16 C
Baku
Sunday, November 3, 2024

Mikrosahibkarın cari vergi ödəmələri, artan yekunla necə hesablanır? (misallarla)

Misal: Uğur adlı fərdi sahibkar 2019-cu ildən fəaliyyətə başlayıb.

2019-ci ilin I rübündə gəliri 3 000 manat – xərci 2 000 manat,

2019-ci ilin II rübündə gəliri 5 000 manat-xərci 3 000 manat,

2019-ci ilin III rübüdə gəliri 7 000 manat xərci 4 000 manat,

2019-ci ilin IV rübüdə gəliri 10 000 manat-xərci 6 000 manat təşkil etmişdir.

Ümumilikdə 2019-ci il üzrə gəlirləri 25 000 manat, xərci isə 15 000 manat təşkil etmişdir.

Əvvəlki ildə fəaliyyəti olmayan fərdi sahibkar Vergi Məcəlləsinin 151.5-ci maddədə nəzərdə tutulan qaydada, mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla cari vergini hesablamalı və bu barədə rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq arayış təqdim etməlidir.

Cari vergi ödəmələri artan yekunla hesablanır (hər rüb üzrə hesablanan cari vergi məbləğindən əvvəlki rüblərdə ödənilmiş cari vergi məbləğləri çıxılır). Hesablamalarda sonda çıxılmış 75 faiz məbləğ isə mikro sahibkarlar üçün nəzərdə tutulmuş güzəştdir və hər rüb nəzərə alınır.

I rüb (aprel ayının 15-dən gec olmayaraq)
(3 000 – 2 000) x 20% = 200*75%=150.00

150-75%=37.50 (cari vergi ödənişi)

II rüb (iyul ayının 15-dən gec olmayaraq)
(8 000 – 5 000) x 20% =  600 x 75%=450.00

450-75%=112.50
Ödənilməli məbləğ: 112.50 – 37,50=75,00

III rübdə (oktyabr ayının 15-dən gec olmayaraq
(15 000 – 9000) x 20% = 1200 x 75%=900,00.

900-75%= 225.00
Ödənilməli məbləğ: 225.00-112.50=112.50

IV rübdə (yanvar ayının 15-dən gec olmayaraq)
(25000 – 15000) x 20% x = 2000 x 75%=1500.00.

1500-75%= 375.00

Ödənilməli məbləğ: 375.00-225.00=150.00

Illik yekun hesablama
(25 000-15000) x 20%=2000.00
2000-75%=500.00

Yekun ödəmə isə 500.00– 375.00 (il ərzində ödənilən cari vergi ödənişləri) = 125.00 manat.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər