6 C
Baku
Saturday, December 14, 2024

Milanda “MasterCard Digital Payments Revealed Business Summit” adlı qapalı konfrans keçirilib

Milanda “MasterCard Digital Payments Revealed Business Summit” adlı qapalı konfrans keçirilib

15 və 16 oktyabrın tarixində Milanda “MasterCard Digital Payments Revealed Business Summit” adlı qapalı konfrans keçirilib. Konfransda maliyyə texnologiyaları sahəsindəki tendensiyaları müzakirə etmək, əsas meylləri müəyyən etmək, habelə innovativ tərtibatları nümayiş etdirmək məqsədilə  “MasterCard” ın tərəfdaşları və müştəriləri iştirak edib.

Bəzi məruzəçilərin çıxışları açıq bankçılıq üçün yeni həll yollarına həsr olunmuşdur. Xüsusi olaraq “MasterCard” ın Avropa regionunda inkişaf üzrə icraçı vitse-prezident Ceyson Leynin çıxışını qeyd emtək olar. Hal-hazırda “MasterCard” hərtərəfli API həllərinin inkişaf etdirilməsi və dinamik maliyyə-texniki mühitin yaradılması ideyasının təşviqi ilə məşğuldur. Şirkət həmçinin süni intellekt və kibertəhlükəsizliyin inkişafı layihələrini dəstəkləyir. Onun əsas məqsədi ənənəvi banklara müştərilərlə rəqəmsal əlaqələrin inkişafı sahəsində kömək etməkdir.

Avropa üçün ən vacib mövzulardan biri – “Strong Customer Authentication” və ya SCA. Müştərilərin sərt identifikasiyası – fırıldaqçılığın azaldılmasına və onlayn ödəmələrin təhlükəsizliyini artırılmasına yönələn Avropa tənzimləmə tələbidir. Sərt identifikasiya sistemi özündə azı iki faktoru birləşdirməlidir: insanın biləcəyi bir şey (parol və ya PİN-kod); insanın sahib olduğu bir şey (telefon və ya elektron açar); insanı tanımağa imkan verəcək bir şey (barmaq izi və ya üz tanıma texnologiyası).

 

Ayrıca “MasterCard” ın rəqəmsal həllər üzrə icraçı vitse-prezidenti olan Jorn Lambertin çıxışını qeyd etmək olar. Onun məruzəsi Avropada rəqəmsal tendensiyalar və “MasterCard” ın yeni imkanları mövzularına həsr edilmişdir. Bu gün şirkət aktiv şəkildə “İstənilən cihaz üçün kommersiya” proqramını inkişaf elətdirir, yəni ödəmə vasitələrini müxtəlif daşıyıcılarda (breloklar, qolbaqlar, açarlar, saat və s.) yeridir. Analitiklər 2020-ci ilə qədər ağıllı aksessuarlar bazarının 30 milyard avro dəyərinə çatacağını proqnoz edirlər.

Bu yaxınlarda  “MasterCard” İsveçrənin “Swatch” saat brendi ilə iş birliyinə başladığını elan etmişdir – SwatchPAY! xidməti. Bu xidmət MDES texnologiyası ilə işləyir (kartın nömrəsi token ilə əvəz edilir).

“MasterCard” ın digər trendləri arasında plastik kartlar olmadan işləyən bankomatlar, elektron vitrinlər, öncədən ödəniş xidməti və digər innovasiyaların adını çəkmək olar.

“Digital Payments Revealed Business Summit” konfransının iştirakçıları arasında Rusiyadan dəvət olunmuş “TalkBank” neobankının direktoru Mixail Popuvu misal çəkmək olar. 

Son xəbərlər
Digər xəbərlər