“Milk-Pro”MMC tərkibindən “Azemal” MMC ayrılaraq yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, yeni yaranan “Azemal” MMC bölünmə balansına uyğun olaraq bəzi hüquq və öhdəliklər üzrə “Milk-Pro” MMC-nin hüquq varisidir.
Qeyd edək ki, “Milk – Pro” MMC 1991–ci ildə tibbi – bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. Şirkətin nizamnamə kapitalı 9900 manatdır və qanuni təmsilçisi Mustafa Məmmədovdur.