11 C
Baku
Thursday, November 14, 2024

Millət vəkili: “Bankların bağlanmasının deyil, birləşməsinin tərəfdarıyıq”

“Bankların bağlanmasının deyil, birləşməsinin tərəfdarıyıq”. APA-nın şimal bürosunun məlumatına görə, bu barədə millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkilinin sözlərinə görə, iri bankların yaradılması daha məqsədə uyğundur: “Bu halda həmin bankların kredit portfeli, likvidliyi və nizamnamə kapitalı böyük olacaq, əhaliyə verilən kreditlərin faizləri isə aşağı düşəcək. Hazırda bu proses gedir. Prezidentin göstərişi ilə bankların sağlamlaşdırılması üçün işlər davam etdirilir”.

V. Əhmədov hazırda problemli bankların çox olduğunu, əsas məqsədin həmin bankların problemi olmayan banklarla birləşməsinin olduğunu deyib.

Son xəbərlər
Digər xəbərlər