13 C
Baku
Friday, November 22, 2024

Millət vəkili: “Tarif Şurasının yeni qərarı dərman çatışmazlığının aradan qaldırılmasına xidmət edir”

“Tarif Şurasının hazırkı qərarı dərman çatışmazlığının aradan qaldırılmasına yol açacaq. Bu da öz növbəsində keyfiyyətin yüksəlməsinə gətirib çıxaracaq”.

Bu barədə Tarif Şurasının qərarını şərh edərkən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

İki gün öncə Tarif Şurasının növbəti iclası baş tutub. Bu iclasda yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti təsdiq edilib. Bununla da ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək 13 369 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub.

Deputatın sözlərinə görə, əksər dərmanları xaricdən aldığımıza görə onların qiymətlərində cüzi miqdarda artımın olması realdır:

“Məlumdur ki, bəzən ölkəyə keyfiyyətsiz dərmanların qaçaqmalçılıq yolu ilə daxil olmasına təsadüf edilirdi. Amma artıq belə hallar azalacaq. Yeni qərardan insanlar fayda götürəcək, dəyişiklik onların sağlamlığının qorunmasına xidmət edəcək. Dərmanların keyfiyyətinin yaxşılaşdırılması ən ümdə məsələdir. Keyfiyyət isə dərmanın dozasının norma daxilində olmasından asılıdır ki, artıq bu mümkün görünür”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər