Ölkənin iri qida şirkətlərindən biri olan “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 28,5 milyon manat və ya 12,2% artırılaraq 261,71 milyon manata çatdırılıb.
Qeyd edək ki, 2023-cü ildə “Milla Dairy” və “Agro Pro Group” MMC konsolidasiya elan etmişdi və bu prosesdən sonra şirkətin nizamnamə kapitalı 31,45 milyon manat artmışdı.
Xatırladaq ki, “Milla Dairy” MMC 2009-cu ildə təsis edilib və 2023-cü ilə qədər “AZ FP CO LTD” MMC adı ilə fəaliyyət göstərib.