Azərbaycanda “Milla” süd məhsulları brendi istehsal edən “Milla Dairy” MMC-nin nizamnamə kapitalı bu ilin əvvəlindən bu tərəfə 44.23 mln. manat və ya 19% artırılıb.
Banker.az xəbər verir ki, bununla da nizamnamə kapitalın həcmi 277.45 milyon manata yüksəlib. İlin əvvəlində şirkətin 233.21 mln. manat nizamnamə kapitalı vardı.
Xatırladaq ki, “Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “Milla Dairy” MMC (“AZ FP CO. LTD” MMC) 2006-cı ildə yaradılıb. Şirkət 2023-cü ildə adını “Milla Dairy” MMC kimi dəyişib.