10 C
Baku
Thursday, December 12, 2024

“Milla”nın nizamnamə kapitalı artırılaraq 233 milyon manatı keçib

Azərbaycanda “Milla” süd məhsulları brendi istehsal edən “Milla Dairy” MMC-nin nizamnamə kapitalı 45.58 mln. manat və ya 24.3% artırılıb.

Banker.az xəbər verir ki, bununla da şirkətin nizamnamə kapitalı 233.21 manata yüksəlib.

Xatırladaq ki, “Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “AZ FP CO. LTD” MMC 2006-cı ildə yaradılıb. Şirkət 2023-cü ildə adını “Milla Dairy” MMC kimi dəyişib.

Son xəbərlər
Digər xəbərlər