27.4 C
Baku
Monday, July 22, 2024

“Millenium” şadlıq sarayı, “Büyük Fırat” və “Padişah” restoranında nöqsanlar aşkarlandı

2-3 may tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi, o cümlədən 7 aptek və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 23 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 19, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Məhəmməd” market Quba şəhəri, Fətəlixan küçəsi, ev 110 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 “Şahdağ” market Quba şəhəri, məhəllə 22 Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
3 “Mars” market Lənkəran şəhəri, Z.Əliyeva küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Apteklər
4 “Buta” aptek Quba şəhəri, H.Əliyev prospekti, ev 228A Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
5 “Dokta optika” aptek Quba şəhəri, Fətəlixan küçəsi, ev 79 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 “Quba” aptek Quba şəhəri, H.Əliyev prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 “Zeytun” aptek Quba şəhəri, məhəllə 24 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8 “Zeytun” aptek Quba şəhəri, H.Əliyev prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9 “Dokta 878” aptek Quba şəhəri, Timiryazev qəsəbəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10 “Dokta” aptek Xaçmaz rayonu, Hacıəlibəy kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
11 “Millenium” şadlıq sarayı Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 63 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
12 “Cıdır Düzü” restoranı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 1A 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
13 “Qəbələ Təndir” restoranı Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, ev 182 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
14 “Sushi Home” restoranı Bakı şəhəri, Yasamal rayonu, N.Aşurbəyova küçəsi, ev 202 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
15 “İst Food” restoranı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 1054-cü məhəllə Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
16 “Büyük Fırat” restoranı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti,

ev 556/557D

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
17 “Padişah” restoranı Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
18 “Aynabənd” restoranı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi,

ev 26

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
19 “Xal-Xal” restoranı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi,

ev 34, m.1

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
20 “Mahal Lounge” Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 47 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
21 “Diesel” pub Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi,

ev 22A

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
22 “Dost Qapısı” restoranı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
23 “Eden” restoranı Gəncə şəhəri, N.Nərimanov prospekti, 7-ci döngə, ev 29 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər