8 C
Baku
Thursday, December 12, 2024

Milli arxiv fondu sənədlərindən istifadə qaydası təsdiq edilib

“Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi Forması” sahə arxiv fondlarında mühafizə edilən milli arxiv fondu sənədlərinin kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatın əldə edilməsini və onların daha etibarlı mühafizəsinə nəzarət etməklə dövlət qeydiyyatının aparılmasını təmin edir. Qanuna əsasən, təşkilatlar bu formaya uyğun olaraq, arxiv fondlarının tərkibi və həcmi barədə Milli Arxiv İdarəsinə hər il yanvar ayının 25-dək məlumat verməlidirlər.

Banker.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, “Milli arxiv fondu sənədlərindən istifadə Qaydası” ilə əsasən aşağıdakı məsələlər tənzimlənir:

Milli arxiv fondu sənədlərindən istifadənin formaları;

hüquqi və fiziki şəxslərin müraciətləri və ya arxivin öz təşəbbüsü ilə arxiv sənədləri əsasında məlumatın verilməsi məsələlərinin tənzimlənməsi;

Milli arxiv fondu sənədlərinin dövlət arxiv xidməti təşkilatının oxu zallarında elmi-tədqiqat məqsədilə istifadəçilərə verilməsinə dair tələblərin və məsuliyyətin müəyyən edilməsi;

Milli arxiv fondu sənədlərinin sərgilərdə, muzeylərdə nümayiş etdirilməsi ilə bağlı məsələlər;

Milli arxiv fondu sənədləri əsasında elmi nəşrlərin, sənəd külliyyatlarının hazırlanması;

Milli arxiv fondu sənədlərinin əsillərinin mədəni-kütləvi təbirlərlə bağlı zərurət olduqda arxiv sənədlərinin mülkiyyətçisinə, habelə istintaq, əməliyyat-axtarış faəliyyəti üçün müvafiq qurumlara müvəqqəti istifadəyə verilməsi;

Arxiv fondu sənədlərindən istifadənin digər formaları (vətəndaşın şəxsi və ailə həyatı ilə bağlı, mədəni irs hesab edilən arxiv fondu sənədlərindən, habelə məxfi və konfidensial sənədlərdən istifadə) və bu zaman həyata keçirilən prosedurlar.

Son xəbərlər
Digər xəbərlər