10 C
Baku
Friday, December 27, 2024

Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılacaq

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İdarənin qərarlarından, hərəkət və hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna olmaqla) verilmiş təkrar şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılacaq.

Son xəbərlər
Digər xəbərlər