Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında qərara dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədovun imzalayıb.
Dəyişikliyə əsasən, Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiq olunub:
Kollegiyanın sədri
- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi
Kollegiyanın üzvləri
- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini
- Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi
- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri
- Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri
- Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru
- Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru