“Rusiyanın SWIFT maliyyə köçürmə sistemindən çıxmasının Ermənistan üçün ciddi nəticələri ola bilər”.
Banker.az xəbər verir ki, bu barədə Ermənistan Milli Bankının sədri Martin Qalstyan bildirib.
Bankirə görə, bu proseslərin Ermənistana mümkün təsiri “sanksiyaların ağırlığının miqyasından” asılıdır.
“Əgər 2015-ci ildə olduğu kimi sanksiyalar yalnız fərdlərə şamil edilsə, o zaman Ermənistana təsir o qədər də güclü olmayacaq. Yox, əgər onlar maliyyə sektoruna da təsir etsələr, bu, rublun məzənnəsinin aşağı düşməsi ilə nəticələnə bilər. O halda da bu Ermənistan mallarının Rusiya bazarında rəqabət qabiliyyəti xeyli azaldacaq, – Baş bankir qeyd edir.