Milli Depozit Mərkəzi aprel ayında kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi bu il aprel ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

Ötən ay qurum ümumilikdə 783 investor üzrə 62,5 milyon manat və 1,3 milyon ABŞ dolları ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BOKT “Embafinance” QSC və “Ferrum Kapital” MMC üçün həyata keçirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.