Azərbaycan Respublikası Milli Depozit Mərkəzində İnformasiya Texnologiyaları departamentinə yeni direktor təyin edilib.
Banker.az xəbər verir ki, yeni vəzifəyə Eynur Məmmədov təyinat alıb.
O, 2024-cü ilin iyul ayından bu təyinata qədər Azərbaycan Respublikasının Mərkəzi Bankında Daxili sistemlərin təminatı şöbəsinin müdiri kimi çalışıb.
Eynur Məmmədov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika üzrə bakalavr dərəcəsinə yiyələnib.