Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdı – RƏSMİ

Cavid Nəzərov

Milli Depozit Mərkəzində (MDM) növbədənkənar müşahidə şurasının iclası keçirilib. Bu barədə MDM-dən Banker.az-a məlumat daxil olub.

MDM-in Müşahidə Şurasının iclası keçirilmiş və yeni üzvlərdən ibarət tam tərkibi seçilmişdir.

Məlumata görə, Cavid Nəzərov (MBNP) Müşahidə Şurasının sədri, Məhəmməd Həsənli (MBNP), Orxan Bağırov (“Invest.az İŞ” QSC) və Tural Bayramov (“Xalq Kapital İŞ” QSC) Müşahidə Şurasının üzvü seçilmişlər.

Bundan əlavə, “Paşabank”dan olan Bəhruz Nağıyev Müşahidə Şurasının müstəqil üzvü seçilib.

Məlumatda qeyd edilir ki, Müşahidə Şurasının iclasında MDM-in cari və qarşıda duran məsələləri müzakirə edilib. Eləcədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq MDM tərəfindən qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsinin və s. əsas istiqamətləri müəyyənləşdirilib.