22 C
Baku
Thursday, May 2, 2024

Milli Depozit Mərkəzi ilk dəfə xarici depozitarda hesab açıb

Azərbaycan Mərkəzi Bankı yanında Milli Depozit Mərkəzi (AMB) Türkiyənin mərkəzi depozitarı olan “Merkezi Kayıt Kuruluşu”nda (MKK) nominal hesab açıb.

Bu barədə MDM xəbər verir.

Məlumata görə, bu, Azərbaycanın mərkəzi depozitarının xarici depozitarda ilk hesabıdır və bununla yerli institusional investorların xarici bazarlarda iştirakını təmin edilib. Yəni, MDM etibarlı tərəf kimi çıxış edərək Türkiyənin dövlət qiymətli kağızları ilə ticarət əməliyyatları həyata keçirmək imkanı yaradıb. Həmin hesab üzrə əməliyyatların operatoru Türkiyənin Azərbaycanda da fəaliyyət göstərən “Zıraat Bank”ıdır.

Qarşılıqlı nominal saxlayıcı hesabların açılması məsələsi ötən ilin fevral ayında keçirilmiş Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında müzakirə edilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər