Milli Depozit Mərkəzi 2023-cü ili 69 min manat zərərlə başa vurub. Mərkəz 2022-ci ildə 712 min manat xalis mənfəət etmişdir.
Banker.az bu barədə MDM-in hesabatına istinadən xəbər verir.
2023-cü ildə Milli Depozit Mərkəzinin əməliyyat gəlirləri 4 milyon 759 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 10% çoxdur.
Hesabat dövründə Milli Depozit Mərkəzinin aktivləri 2% azalaraq 9.01 milyon manat olub. Mərkəzin cəmi kapitalı 6.492 milyon manat, cəmi öhdəlikləri isə 2.519 milyon manat təşkil edib.