15 sentyabr 2014-cü il tarixində “Milli Depozit Mərkəzi” QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Əliyev Araz İsmayıl oğlu “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Əliyev Araz İsmayıl oğlu 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Maliyyə-kredit», 1995-ci ildə isə Bakı Dövlət Universitetini «Hüquqşünas» ixtisası üzrə bitirmişdir. O, 1977-ci ildən əmək fəaliyyətinə başlamış, bu illər ərzində bank sferasında müxtəlif vəzifələrdə çalışmışdır.
Ailəlidir, üç övladı var.