Milli Depozit Mərkəzi (MDM) “ASAN Pay” ödəniş sisteminə qoşulmanı tamamlanaraq istifadəyə verib.
Bunu MDM-in İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən 12-ci Beynəlxalq “Caspian Investment Forum”da bildirib.
“Artıq göstədiyimiz xidmətlərin haqqını “ASAN Pay”lə ödəmək mümkündür”, – deyə o qeyd edib.