7 C
Baku
Thursday, December 12, 2024

Milli Depozit Mərkəzinin İdarə Heyəti yenidən formalaşdırılıb

18 dekabrda Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Bu barədə Banker.az-a MDM-dan məlumat daxil olub.

Məlumata görə, iclasda qurumun yeni tərkibdə İdarə Heyəti (İH) formalaşdırılıb.

Belə ki, indiyə qədər İH-nin sədri vəzifəsini icra edən Araz İsmayıl oğlu Əliyev sədr vəzifəsinə, İH-nin üzvü vəzifəsini icra edən Leyla Xıdırnəbi qızı Qaralova isə üzv vəzifəsinə təsdiqlənib.

Bundan başqa, indiyə qədər İH-nin üzvü vəzifəsini icra edən Vasif Oqtay oğlu Səlimov və İlqar Məhərrəm oğlu Qurbanov MDM-in rəhbərliyindən kənarlaşdırılıb, onların yerinə Müşfik Razik oğlu Əhmədli İH-nə yeni üzv seçilib.

Son xəbərlər
Digər xəbərlər