Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sabiq üzvü Ramin Nurəhmədov yeni vəzifəyə təyin olunub.
Banker.az-ın əldə etdiyi məlumata görə, o, bu ilin iyun ayından etibarən İqtisadi Zonaların İnkişafı Agentliyinin Hüquq Departamenti rəisinin müavini vəzifəsində fəaliyyətə başlayıb.
Ramin Nurəhmədov 2023-cü ilin sentyabr ayından 2026-cı ilin aprel ayına qədər Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü olub.
O, 2021–2023-cü illərdə “AzFinance İnvestisiya Şirkəti”ndə Kapital bazarlarının inkişafı departamentinin rəhbəri, 2016–2021-ci illərdə “Azərpoçt” MMC-də filial müdiri vəzifəsində işləyib.
Ramin Nurəhmədov əmək fəaliyyətinə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində başlayıb. O, 2005–2016-cı illərdə qurumun Korporativ qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.






