Hazırda ABŞ demək olar ki, 200-ə yaxın ölkəyə münasibətdə iqtisadi sanksiyaları dəstəkləyir. Qeyd edək ki, planet əhalisinin 40%-si məhz bu ölkələrdə yaşayır. Vəziyyətdən asılı olaraq fərdi, sektoral və total sanksiyalar tətbiq edilir.
Fərdi sanksiyalar adətən elitanın dəyişdirilməsi prosesi və yaxud daxili bazarın bölüşdürülməsi zamanı istifadə edilir. Ayrıca götürülmüş ölkə üçün o demək olar ki, təsirsizdir. Sektoral sanksiyalar isə ixrac və yaxud dövriyyəlilik potensialını zəiflətmək məqsədilə tətbiq edilir. Total sanksiyalar isə iqtisadi məhvə istiqamətlənib.
Milli iqtisadiyyatlar bu halda təqribən eyni reaksiya nümayiş etdirirlər. İxrac gəlirləri mənbəyinin olmaması daxili bazarda məhdudiyyətlərə, inflyasiya və işsizliyin artmasına, formal sektorun sürətlə inkişafına gətirib çıxarır. Vergi yükünün artırılması sərbəst bizneslərin hüquq məhdudiyyətlərindən çıxış yolunu axtarmasına səbəb olur. Son nəticədə də bu biznesin dövlətyani strukturlar tərəfindən inhisar olunmağa gətirib çıxarır. Bu zaman hökumət ətrafı elit təbəqə formalaşır ki, sanksiyanın olmaması şərtlərində mövcud olmazdı.
Bununla yanaşı, hətta ixrac yönümlü sanksiyalar zamanı belə dövlət tamamilə məhv olmur. Milli iqtisadiyyatlar tədricən vəziyyətin pisləşməsinə uyğunlaşmalı olur. Bu daxili ehtiyatlardan effektiv şəkildə istifadə, müxtəlif müstəqil müttəfiqlərlə əməkdaşlıq etməklə həyata keçirilir.
Buna ən yaxşı nümunə olaraq artıq 7 ildir neft ixracı, texnoloji məhsulların çatdırılması və dollarla hesablaşmalarda məhdudiyyətlər yaşayan İranı göstərmək olar. 2012-2013-cü illərdə bu ölkədə inflyasiya bir il üçün 40% təşkil etmiş, ixrac 2 dəfəyə qədər azalmış, neft emalı 25 il əvvəlki nəticəyə enmişdir. 2012-ci ildə ÜDM-un enməsi 5%, 2013-cü ildə isə 7% təşkil edirdi. 2014-cü ildə bu göstərici 12% səviyyəsində proqnozlaşdırılır.
İran buna baxmayaraq, fəal olaraq Çin və Oman, həmçinin İran diasporunun varlı nümayəndələri ilə fəal olaraq əməkdaşlıq edir. Adi insanların sürətlə yoxullaşdığı bir zamanda yaranmış vəziyyətlə varlanmağı bacaran iranlılar da var. Ümumi halda müxtəlif qrup nümayəndələri bu və ya digər halda mövcud hökumətə yaxın olan insanlardır.