28 C
Baku
Saturday, July 27, 2024

Milli Məclisə kölgə iqtisadiyyatı ilə bağlı sənəd daxil olacaq

Azərbaycanda kölgə iqtisadiyyatının həcminin azalması, şəffaflığın stimullaşdırılması ilə bağlı qanunvericilik təkmilləşdirilir.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Yeni TV”nin efirində deyib.

Deputat qeyd edib ki, kölgə iqtisadiyyatının həcminin minimuma endirilməsi üçün qanunvericilik paketi Milli Məclisə daxil olacaq.

O, həmçinin maliyyə və əmlak amnistiyası ilə bağlı hazırlıqlar aparıldığını da diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər