3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Milli Məclis Azərbaycanla Qətər arasında viza rejiminin ləğv olunmasını təsdiqləyib

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
Oxşar xəbərlər