26 C
Baku
Saturday, July 27, 2024

Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyi I oxunuşda qəbul edib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsinin inzibati vəzifələrin birinci təsnifatına daxil edilməsi barədə layihə I oxunuşda təsdiqlənib.

Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri inzibati vəzifələrin ikinci təsnifatında yer alacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər