8 C
Baku
Thursday, February 29, 2024

Milli Məclis gələn həftə tətildən qayıdır

Azərbaycan Milli Məclisinin (MM) deputatları gələn həftə tətildən qayıdacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Daxili Nizamnamənin birinci maddəsinə (Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər