26 C
Baku
Saturday, July 27, 2024

Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı

““Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin müzakirəsini yəqin ki, Milli Məclisin növbədənkənar sessiyasında da çatdıra bilməyəcəyik”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, həmin qanun layihələrinin Milli Məclisin payız sessiyasında müzakirə olunması planlaşdırılır:

“Qanun layihələri barədə isə sizə payız sessiyasında geniş məlumat verəcəm”.

Qeyd edək ki, “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmişdi.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər