23 C
Baku
Thursday, August 11, 2022

Milli Məclis yaşayış minimumunun 196 manat olmasını II oxunuşda təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib.

Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər