17 C
Baku
Friday, May 24, 2024

Sabah “Banklar haqqında” qanun müzakirə olunacaq

Oktyabrın 6-da Milli Məclisin növbəti iclası keçiriləcək. Bu haqda Modern.az-a açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 32 məsələ daxildir. Onun sözlərinə görə, iclasın gündəliyinə daxil olan məsələlərin bir çoxu hökumətlərarası sazişlərin təsdiq edilməsi və xeyli sayda qanunlara dəyişikliklərlə bağlıdır.

“İnzibati Xətalar Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Cinayət Prosessual Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “KİV haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “İctimai Televiziya və radio yayımı haqqında” və digər qanunlara əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulub”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər