“Milli Məclisin plenar iclasları bundan sonra saat 12:00-da başlamayacaq. Plenar iclasın vaxtı dəyişdirilib”.
Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
O qeyd edib ki, bu, Milli Məclisin daxili nizamnaməsinə əsasən aparılır:
“Bəziləri plenar iclasın vaxtınin dəyisməsi barədə sərəncamın olduğunu yazır. Ancaq belə deyil. Bu Milli Məclisin daxili işidir və daxili nizamnaməyə uyğun olaraq da işlər həyata keçirilir. Belə ki, plenar iclasın birinci hissəsi saat 11:00-dən saat 13:00-a qədər, iki saat fasilə ardınca saat 15:00-dan, 17:00-a qədər olacaq”.
©Modern