Milli Məclisdə “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisin növbədənkənar sessiyasında “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bu barədə açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bu qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi komitənin də iş planına daxil edilib: “Növbədənkənar sessiyanın sonuna qədər biz bu qanun layihəsinə baxmalıyıq. Komitədə bununla bağlı İşçi qrup yaradılıb, artıq 1 aya yaxındır ki, qanun layihəsi üzərində iş gedir. İşçi Qrup mövcud vəziyyətin tam araşdırılması üçün lombardların özü ilə də görüş keçirib. Qanun layihəsində bir çox dəyişiklik edilib”.

Qeyd edək ki, “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasının İşlər Planına daxil edilsə də, yaz sessiyasında qanun layihəsi müzakirəyə çıxarılmayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları