4 C
Baku
Cümə, Dekabr 3, 2021

Milli Məclisin COVID-19-a yoluxan əməkdaşlarına 500 manat maddi yardım verilib

“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib”.

Bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclisin sürücülərinə kurslar təşkil edilib: “Hətta burada ekspert vəzifəsində işləyənlər müşavir kimi irəli çəkilib. Bu da sədrin Milli Məclisin işçilərinə diqqətindən irəli gəlir”.

T.Kərimli qanunverici orqanın ötən dəfəki iclasında çıxışına görə spiker Sahibə Qafarovadan üzr istəyib.

S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatları cəmiyyətə verməsin.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X