17 C
Baku
Şənbə, May 28, 2022

Milli Məclisin iclasında pandemiya cərimələrinin ləğv edilməsi təklif edilib

Bu gün keçirilən Milli Məclisin iclasında pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilib.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

R. Nurullayev pandemiya dövründə müvafiq tələblərin pozulması ilə bağlı yazılan cərimələrin ləğv edilməsini təklif edib: “Qonşu Gürcüstan bu addımı atıb. Ona görə də parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və bu layihəni müzakirəyə təqdim etməsini təklif edirəm”.

Son xəbərlər
Oxşar xəbərlər