20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.

Növbədənkənar sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Komitə iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabat müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək.

İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.

Son xəbərlər
Oxşar xəbərlər