10 C
Baku
Friday, October 25, 2024

Milli Məclisin novbəti iclasının gündəliyi açıqlanıb – Yenilənib

Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib.

MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında deyib ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasda İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.


Saat: 11:27

Milli Məclisin novbəti iclasının vaxtı bəlli olub.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, novbəti plenar iclas martın 17-də keçiriləcək. Toplantıda “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər