25 C
Baku
Thursday, September 29, 2022

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası başlayıb.

İclası parlamentin sədri Sahibə Qafarova açıb.

Daha sonra dövlət himni səsləndirilib.

Toplantının gündəliyinə 22 məsələ daxil edilib.

İclasda “Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar Məcəllələrinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” və s. qanunlara dəyişiklik layihələri I oxunuşda müzakirə ediləcək.

Bundan əlavə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək.

Son xəbərlər
Oxşar xəbərlər