27 C
Baku
Wednesday, July 24, 2024

Milli Məclisin payız sessiyasının ilk komitə iclası başlayıb

Milli Məclisin payız sessiyasının ilk komitə iclası başlayıb.

Parlamentdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilir.

Komitənin iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi.

4. “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanunn layihəsi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər