22 C
Baku
Thursday, October 3, 2024

Milli Məclisin xərcləri artırıldı

Milli Məclisin 2023-cü il üçün xərcləri artırılıb.

Banker.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Layihəyə görə, parlamentin 2023-ü il üçün xərcləri 53 milyon 244 min 109 manatdan 55 milyon 794 min 109 manata qaldırılıb.

Qərar layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər