Parlamentə banklarla bağlı qanun paketi daxil olacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədri Tahir Mirkişili bildirib.
Komitə sədri deyib ki, gələn həftə, ya da o biri həftə banklarla bağlı ayrıca paketin gəlməsi gözlənilir.