2010-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində yəhudi əsilli namizədlər də iştirak edəcək.
Bunu açıqlamasında Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev deyib.
“2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində bizim icma üzvlərimizdən namizədliyini irəli sürənlər olacaq. Lakin hələ ki, tam say və adlar bilinmir. Yaxın zamanlarda yəqin ki, deputatlığa namizədlik verənlərin adını biləcəyik”, – deyə icma rəhbəri bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl vəfat edən beşinci çağırış Milli Məclisin deputatı Yevda Abramov da yəhudi əsilli idi.
Modern.az