12 C
Baku
Friday, November 1, 2024

Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrası haqqında layihəni qəbul etdi

Milli Məclis “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini qəbul edib.

Layihə haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.

Müzakirələrdən sonra büdcə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər