10 C
Baku
Monday, November 18, 2024

Milli Məclis Azərbaycan və Yaponiya arasında ikiqat vergitutmanın ləğv olunmasını təsdiqləyib

Milli Məclis Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılmasına dair qanun layihəsini təsdiqləyib.

Parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, ötən il iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər