Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən Azərbaycan Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlik açır.
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.