Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadi islahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib.
Banker.az “APA-Economics” istinadən xəbər verir ki,Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Gənclər və idman komitəsinin sədri Fuad Muradov qanun layihələrinə dəyişikliklərlə bağlı məlumat verib.
Bu dəyişikliklər mahiyyət etibarilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı texniki düzəlişlərdən ibarətdir.
Sonda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə, Mülki, Vergi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri, “Publik hüquqi şəxslər haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Lotereyalar haqqında” və “Valyuta tənzimi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə layihələr səsə qoyularaq qəbul edilib.