Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
Banker.az Report-a istinadən xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 45 məsələ daxildir.
İclasda Baş nazir Novruz Məmmədov da iştirak edir.
Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini üçüncü oxunuşda müzakirə edəcəklər.
Bundan başqa, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Dərman vasitələri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Aviasiya haqqında”, “Dövlət borcu haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Avtomobil nəqliyyatı haqqında” “Sığorta fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və s. qanunlara, eləcə də Seçki, Mənzil, Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.
Plenar iclasda yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirə ediləcək.