Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra qanunlara dəyişikliklər edilib.
“Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İcra məmurları haqqında”, “Cinayət Məcəlləsində”, “İnzibati Xətalar Məcəlləsində”, “Cinayət-Prosessual Məcəlləsində”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlara dəyişikliklər müzakirələrdən sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Publika.az