19 C
Baku
Saturday, June 14, 2025

Milli Məclis “Elektroenergetika haqqında” qanundakı dəyişikliyi I oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Elektroenergetika haqqında” qanun layihəsində dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul olunub.

Sənəd elektroenergetika sektorunda sabit tarifin tətbiq olunmasını nəzərdə tutur.

Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.

Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.

Son xəbərlər
Digər xəbərlər