Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib.
İclasda Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ müzakirə olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli “Report”a açıqlamasında deyib ki, müzakirələrdən sonra Əsasnamə layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.